Xalq artisti Rasim Balayevə "BBC News Azərbaycanca"a müsahibəsi zamanı ona deyilən "Xalqın şikayətlərini prezidentə çatdırmağa fürsətiniz var idi" sözləri tənqid edilib.
Asayis.Az xəbər verir ki, sənət dostları Rasim Balayevlə bağlı paylaşım edərək, aktyora dəstək olublar.
Xalq artisti Mehriban Zəki "Başa düşə bilmirəm, millətin problemlərini vəzifəsi dövlət rəhbərinə çatdırmalı olan millət vəkillərindən niyə soruşulmur? Bir sənət adamı, incə sənət sakini olan bir şəxsiyyət təhqirlə, istintaq olunur? Bu kobud, zəkasız, peşədən, etikadan uzaq, münasibətə niyə yol verilir?" sözlərini yazıb.
Əməkdar artist Gülzar Qurbanova isə R.Balayevi "Rasim Balayev xalqın dərdini danışmağa getmişdi, yoxsa "İstiqlal" ordeni almağa? Rasim Balayev ilk öncə sənətkardır. Sənətkar! Sənət siyasətin aləti deyil. Həm də yaddan çıxarmayaq ki, Rasim Balayevin səsi ilə oxunulmuş Quran böyük bir nəslə mərifət, nur paylayan çıraq olub" sözləri ilə müdafiə edib.
Axşam.az