Bu ölkə COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edir

 Bu ölkə COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edir

Yeni Zelandiya hökuməti avqustun 15-dən etibarən COVID-19 səbəbi ilə bütün ictimai sağlamlıq tələblərini (karantin məhdudiyyətlərini) ləğv edib.

Asayis.Az xəbər verir ki, bu barədə səhiyyə naziri Ayeşi Verrall məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə yoluxma hallarının sayında dalğalanmalar gözlənilsə də, COVID-19-un ümumi yoluxma səviyyəsi və xəstəliyə görə xəstəxanaya yerləşdirilənlərin sayı iyun ayının əvvəlindən azalmaya doğru gedir.

Ayeşi Verrall həmçinin onu da qeyd edib ki, son bir ayda ölkədə COVID-19-a yoluxma hallarının sayı bu ilin fevralından indiyə qədər ən aşağı səviyyədə olub.

Belə ki, avqustun 14-də xəstəxanaya daxil olanların cəmi 2,2 faizini COVID-19 infeksiyasına yoluxan şəxslər təşkil ediblər. 

“Bundan əlavə, Yeni Zelandiya əhalisinin immunitet səviyyəsi də əsas verir ki, ölkə COVID-19-un qalan tələblərini də təhlükəsiz şəkildə aradan qaldırsın”, - deyə A.Verrall qeyd edib.(oxu.az)

13:24 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin