“Gecə Heydər Əliyev prospektində qəza olub. Təsəvvür edin, bir nəfər həyatını itirib, bir nəfərin (Nikosayağı) qolunu kəsiblər, hadisə yerinə gələn polisi də maşın vurub. Bu bizim şəhər daxili prospektimizdir. Təsəvvür edirsiniz? Bu yolda qan su yerinə axır. Sürət həddini də saldılar xeyri yoxdur...”
Asayis.Az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas bildirib.
“Nə olmalıdır axı? Hər 10 metrdənbir radar, kamera? Ziya Bünyadov və Heydər Əliyev prospektləri durmadan can alır. Nədir əlacı axı? Bəlkə yol nişanlarına söyüş yazıb, yapışdırsınlar? Məncə, ən yaxşı yol budur. Azərbaycanda heç kim oğlanlığına sığışdırıb o yazılan söyüşləri götürməz”, - o qeyd edib.