Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işləri aparılacaq.
“Ölkə.Az”ın məlumatına görə, bununla bağlı Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti açıq tender keçirib.
Planlaşdırma və söküntü işlərini “Ramco” QSC həyata keçirəcək və layihəyə 680,612 min manat xərclənəcək.