Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Ələt qəsəbəsində 2 nəfər dənizdə boğulub.
Asayis.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, batan gənclərin Qobustan qəsəbə sakinləri 20 yaşlı Nihad Bayramov və 24 yaşlı Elvin Babayev olduqları müəyyən edilib.
Onlarla yan-yana batmaq üzrə olarkən son anda xilas edilən 21 yaşlı Coşqun Qasımov isə xəstəxanaya yerləşdirilirib. Batan gənclərin fotolarını təqdim edirik: