Asayis.Az xəbər verir ki, nəvəsinə şiddət göstərdiyi deyilən nənə Ülviyyə Abdullayeva Baku TV-yə açıqlama verib.
O, nəvəsinə fiziki zorakılıq tətbiq etmədiyini vurğulayıb:
“Əminə əlini toka vururdu. Əminəyə qışqırırdım, onu danlayırdım. Onu cəzalandırmaq üçün deyirdim ki, qapının arxasında dayan, bir saat oyuncaqla oynamayacaqsan. Amma döymək mənim tərbiyəmə ziddir”.
Ü.Abdullayevanın sözlərinə görə, nəvəsi nevroloji xəstədir:
“Stolun, çarpayının üstünə çıxır. Yanında adam olmayanda özünü yerə çırpır”.
Nənə həmçinin qeyd edib ki, onu polisə şikayət edən şəxs nəvəsini sənədsiz şəkildə övladlığa götürən qadındır:
“Məni şikayət edib ki, uşağı məndən alıb, ona versinlər. Bu, mümkün deyil. Uşağı dövlət məndən alsa belə, onlara verilməyəcək”.