İki azyaşlı qıza qarşı əxlaqsız hərəkət edildi

 İki azyaşlı qıza qarşı əxlaqsız hərəkət edildi

Bakının Sabunçu rayonunda iki qıza qarşı əxlaqsız hərəkətlər edilib. 

Asayis.Az-ın məlumatına görə, rayon ərazisində iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 

Keçirilən əməliyyat nəticəsində hadisəni törədən Ehtiram Qabil oğlu Əlicanov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib. 

Ehtiram Əlicanovun barəsində olan cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Mirheydər Zeynalovun icraatına verilib. 

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Demokrat.az

16:40 - 12 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin