“Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.
Asayis.Az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən MMC barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
İş Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun icraatındadır.
Pravda.az