"Gəncə Dəyirman" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Asayis.Az-ın məlumatına görə, gömrük qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 491.3-ci maddəsi ilə (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) protokol tərtib olunub.
Bu maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
İşə 23.08.2023-cü il tarixində Gəncə Rayon məhkəməsinin hakimi Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.
Hit.az