Naxçıvanın keçmiş ədliyyə nazirinin hakimliyi bitdi

 Naxçıvanın keçmiş ədliyyə nazirinin hakimliyi bitdi

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib.

Asayis.Az-ın xəbərinə görə, hakim Məhəmməd Əkbərovun icraatında olan sonuncu cinayət işi üzrə hökm oxunub. 

O, yaş həddi ilə bağlı hakimlik səlahiyyətini yekunlaşdırıb.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

“Qafqazinfo”

15:10 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin