Gəncədə kişi sosial şəbəkəyə girmək istəyən arvadını döydü - TƏFƏRRÜAT

 Gəncədə kişi sosial şəbəkəyə girmək istəyən arvadını döydü - TƏFƏRRÜAT

Gəncə şəhərində 1993-cü il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittihama üzrə özünü təqsirli bilib. O bildirib ki, Sevil ilə 2013-cü ildə  rəsmi ailə qurub, birgə nikahdan onların 2014-cü il və 2018-ci il təvəllüdlü övladları olub: “Ailə qurandan sonra münasibətlərimiz yaxşı olub. Sonra Bakı şəhərində yaşadıq. Hazırda ailə üzvlərim ilə birlikdə Gəncə şəhərində yaşayırıq. Hadisə günü Bakı şəhərindən Gəncə şəhərinə yaşadığım evə gəldim. Həmin vaxt içkili oldum. Yaşadığım evə daxil olanda arvadım mənə içkili olduğum üçün iradını bildirdi. Həmin gün gecə saat 02 radələrində Sevilin istifadəmdə olan mobil telefona baxdığını gördüm. Bundan sonra Sevil ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruq və şillə ilə Sevilin baş, əl nahiyələrinə vuraraq, onu döydüm. Daha sonra yaşadığım evdən getdim”.

İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, hadisə günü, gecə saat 02 radələrində Vüqar evə gəlib: “Vüqar evə girdikdən sonra onun telefonunda sosial şəbəkəyə daxil olaraq qardaşım Əlinin şəkillərini götürəcəyimi bildirdim. Vüqar isə bununla razılaşmadı, mənimlə mübahisə yaratdı. Mübahisə zamanı Vüqar əl zərbələri ilə baş və əl nahiyələrimə vuraraq məni döydü”. 

Gəncə şəhər Məhkəməsinin hökmü ilə Vüqarın barəsində aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla, 2 ay müddətinə islah işləri növündə cəza təyin edilib.

 

Demokrat.az

14:10 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin