Kənddə biabırçılıq - Kişi geyiminə görə döyüldü - TƏFƏRRÜAT

 Kənddə biabırçılıq - Kişi geyiminə görə döyüldü - TƏFƏRRÜAT

Quba rayonunda 1989-cu il təvəllüdlü Dənyar qonşusu Nemətə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 11-də Quba rayonu, Rustov kəndində baş verib. 

Dənyar qonşusu Nemət ilə aralarında yaranmış mübahisə zamanı onun qəsdən sol qolundan yumruqla vurub, sonra isə onu itələməklə  müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Dənyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dənyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qonşusu Nemət evinin həyətində qeyri-etik geyimdə olduğu üçün ona irad bildirsə də Nemət irada məhəl qoymadığı üçün münasibətləri pozulub:

“Hadisə günü, saat 21.00-da kənd qəbiristanlığının qarşısında Nemətlə qarşılaşdım. Ona sözüm olduğunu dedim. Nemət mənə “işinlə məşğul ol” dediyi üçün aramızda mübahisə düşdü. Nemətə yenidən geyimi ilə bağlı irad bildirdikdə, Nemət öz həyətində istədiyi kimi gəzəcəyini dedi. Bunun üçün Neməti sol qolundan yumruqla vurdum. Sonra həmin qolunu tutaraq sıxdım. Daha sonra onu itələyərək getdim. Nemət zərbənin təsirindən yerə yıxıldı”. 

Quba rayon Məhkəməsinin hökmü ilə Dənyar aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla, 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Demokrat.az

16:19 - 10 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin