Naxçıvan Futbol Federasiyasında yeni təyinatlar olub

 Naxçıvan Futbol Federasiyasında yeni təyinatlar olub

Naxçıvan Futbol Federasiyasında (NFF) yeni təyinatlar olub.

Asayis.Az xəbər verir ki, qurumun İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqləniblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Taleh İbrahimov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev, Dövlət Vergi Xidmətinin müavini Anar İbrahimov, Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Rövnəq Xəlilov və NFF nümayəndəsi Sakit Rzayev İdarə Heyətinin, Həmkarlar İttifaqları Şurasının nümayəndələri Türkal İbrahimov, İmran Kələşov və Ceyhun Məmmədov isə Nəzarət-Təftiş komissiyasının üzvləri seçiliblər.

"Report”

15:29 - 10 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin