Badamdarda 53 saylı avtobus 10 dəqiqəlik yolu 40 dəqiqəyə gedir... - VİDEO

 Badamdarda 53 saylı avtobus 10 dəqiqəlik yolu 40 dəqiqəyə gedir... - VİDEO

Badamdar-20-ci sahə yolu bütün növ avtomobillər üçün açıq olsa da,5 ildir marşurt avtobusları üçün bağlıdır.

Asayis.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişinlər bildirir ki, yolun bu vəziyyətdə olması onların işini çətinləşdirir.

Badamdar yamacında bir neçə il əvvəl baş verən sürüşmədən sonra yolda hərəkət tamamilə dayandırılmışdı. Həmin vaxtdan marşurt avtobusları alternativ yollardan istifadə edir ki, bu da xeyli vaxt itkisinə səbəb olur.

Məsələn, əvvəl avtobusla Badamdardan 20-ci sahəyə 10 dəqiqəyə çatmaq mümkün idisə, indi alternativ yolla eyni məsafəyə 40-45 dəqiqəyə gedilir.

"Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik." 

Qrumdan bildirilib ki, hazırda bu istiqamətində müvafiq işlər görülür.Bir neçə il əvvəl baş verən torpaq sürüşməsi ilə əlaqədar Badamdar-20-ci sahə və əks istiqamətdə hərəkət edən 53 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil edilib.

"Avtobusların əvvəlki xətti üzrə hərəkətinin təşkili istiqamətində iş aparılır."

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında sürüşmə olub. Yapon və yerli mütəxəsislər tərəfindən yamacın problemlərini birdəfəlik həll etmək məqsədilə kompleks tədbirlər layihəsi işlənilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

 

17:00 - 9 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin