Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb.
Asayis.Az-ın məlumatına görə, Rəhman Həsənovun cəsədi 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.
Eksqumasiya edildikdən sonra cəsədin şəhid Həsənov Rəhman Əhliman oğluna aid olduğu müəyyən edilib.
Xatırladaq ki, Həsənov Rəhman Əhliman oğlu 1972-ci ildə Laçın rayonunun Suarası kəndində anadan olub.
1990-cı ildə hərbi xidmətə çağırılıb. Laçında Qayğı qəsəbəsində hərbi xidmətdə olub, qranatamyotçu olub, orada gedən döyüşlərdə iştirak edib.
1992-ci ildə Suarası kəndində Susuz dağında gedən döyüşlərdə 2 erməni postunu partladıb, 10 nəfərdən çox erməni döyüşçüsünü məhv edib.
1992-ci il sentyabr ayının 10-da Suarası kəndində Susuzdağ və Qızartı dağlarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.
Demokrat.az