Bəzi yerlərdə 42-44 dərəcə isti olacaq

 Bəzi yerlərdə 42-44 dərəcə isti olacaq

Avqustun 8-dən 12-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.

Asayis.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı proqnozlaşdırılır.

13:49 - 8 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin