Nəvəsi həlak olan Cığatel danışdı - Atasının hələ xəbəri yoxdu - VİDEO

 Nəvəsi həlak olan Cığatel danışdı - Atasının hələ xəbəri yoxdu - VİDEO
“Süleymanın öldüyündən atasının xəbəri yoxdur”.

Asayis.Az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında avtomobil qəzasında nəvəsini itirən Cığatel İsaqızı deyib.

O, nəvəsinin ölüm xəbərini almasından danışıb: 

“Xəstəxanadan zəng etdilər. Soruşdum ki, Süleyman necədir? Sualıma cavab vermədilər. Balam yerindəcə keçinibmiş”.

C.İsaqızı xəstəxanada olan oğlunu hələ də ziyarət edə bilmədiyini söyləyib:

“Hələ onun yanına getmirəm. Dedim, bu balamı yola salım, sonra gedərəm. Oğlum sağ-salamat gəlsin, deyərəm, balan mələk oldu”.

Ətraflı videonu təqdim edirik:
 

 

11:56 - 8 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin