Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq - FOTO

 Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq - FOTO

 

Komissiyanın keçirilən ilk iclasında Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev Sərəncamın icrası ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlər barədə çıxış etmiş, cənab Prezidentin Sərəncamının əhəmiyyəti vurğulanmış, bu barədə mövcud vəziyyətin təhlili şərhi verilmiş, ölkədə təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində müvafiq institusional sistemin yaradıldığı, normativ hüquqi baza formalaşdırıldığı və bu istiqamətdə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən nəzarətin və tənzimləmənin həyata keçirildiyi qeyd edilib.

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı zamanı mümkün qəzaların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsinə, gələcək risklərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin yerinə yetirilməsinə, xüsusən də bu istiqamətdə aidiyyəti dövlət qurumları arasında operativ və səmərəli məlumat mübadiləsinin aparılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, habelə burada səmərəli planlaşdırmanın və koordinasiya işinin təşkilinə böyük ehtiyacın olduğu bildirilib.

Bütün bunlardan irəli gələrək, Komissiya qarşısında duran vəzifələrin, səmərəli koordinasiyasının təşkili, cari və növbəti illər üzrə onun iş planının hazırlanması, Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazasının (Portalının) yaradılması, ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud normativ hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı, habelə görüləcək digər işlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

İclasda həmçinin təşkilati məsələlərə baxılmış, Komissiya Katibliyinin tərkibi təqdim olunmuş, Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələr - "Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi", "Texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətin əlaqələndirilməsi" və "Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi aktların təhlili və təkmilləşdirilməsi" üzrə mütəxəssislərdən ibarət işçi qrupların tərkibi təsdiq olunmuş və digər məsələlər müzakirə edilib.

Məqaləyə dair fotomateriallar:

 

 

16:10 - 5 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin