Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 15-dən başlayaraq kütləvi məhsul yığımına başlanılıb.
Asayis.Az AZƏRTAC-a istinadən bildirir ki, sahələrdə bol məhsul olsa da, təsərrüfatçılar pomidorun qiymətindən razı deyil.
Hazırda Xaçmaz bazarlarında pomidorun topdansatış qiyməti hər kiloqramına görə 18-20 qəpikdir.
Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 5-6 manata təklif olunur.