Pomidor almaq istəyənlərin nəzərinə! - Kiloqramı 20 qəpik, yeşiyi 5 manat - VİDEO

 Pomidor almaq istəyənlərin nəzərinə! - Kiloqramı 20 qəpik, yeşiyi 5 manat - VİDEO

Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 15-dən başlayaraq kütləvi məhsul yığımına başlanılıb.

Asayis.Az AZƏRTAC-a istinadən bildirir ki, sahələrdə bol məhsul olsa da, təsərrüfatçılar pomidorun qiymətindən razı deyil.

Hazırda Xaçmaz bazarlarında pomidorun topdansatış qiyməti hər kiloqramına görə 18-20 qəpikdir.

Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 5-6 manata təklif olunur.

 

 

13:39 - 5 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin