Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq

 Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq

Avqustun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometreologiya Xidmətindən Asayis.az-a verilən məlumta görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu. Əsasən yağmursuz. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

13:20 - 1 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin