Hicabdan imtina edən iranlı şahmatçı Sara Xadem Bakıya gəlir.
Asayis.Az axar.az-a istinadən bildirir ki, Xadem Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunda İspaniya təmsilçisi kimi debüt edəcək.
Qeyd edək ki, 2022-ci ilin dekabrında FİDE-nin Rapid və Blits üzrə Dünya Çempionatında hicabsız yarışması ilə diqqət çəkən və bununla da İranda qəbul olunmuş qadınların geyim tərzi qaydalarını pozan yerli şahmatçı, beynəlxalq qrossmeyster Sara Xadem idman vətəndaşlığını dəyişib və İspaniyanı təmsil edir.