Bir ayda 160 nəfər dənizdə boğuldu

 Bir ayda 160 nəfər dənizdə boğuldu

Bu ilin iyul ayında Əlcəzairdə 160 nəfər dəniz və qapalı su hövzələrində boğularaq ölüb.
Asayis.Az 
xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyul ayı ərzində 109 nəfərin dənizdə, 51 nəfərin isə su komplekslərində boğularaq dünyasını dəyişib.

Eyni zamanda, 62 nəfərin çimməyin qadağan olduğu yerlərdə üzdüyü, 47 nəfərin isə xilasedicilər olmadığı zaman dənizə girdiyi üçün boğularaq öldüyü qeyd edilib.

Bununla yanaşı, vətəndaşlara qadağalara diqqət etmələri ilə bağlı xəbərdarlıq edilib.

16:26 - 31 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin