"Az Universal Motors" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) cərimə yazılıb.
Asayis.Az-ın məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati qaydada cərimə protokolu yazılıb.
İş araşdırılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Hüseyn Səfərovun icraatına verilib.
Məhkəmə baxışı avqustun 8-nə təyin edilib.
Qeyd edək ki, İnziibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə cəzası məhkəmə tərəfindən sübuta yetirilsə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Mətbuatın yazdığına görə, "Az Universal Motors" MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir.
Demokrat.az