İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkına 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Asayis.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.
"Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Burada investisiya kapitalı 66 milyondan çox olan 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Parka 36 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib", - deyə o qeyd edib.