Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.
Asayis.Az-ın xəbərinə görə, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan əməkdaş müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb.
Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.