"Qardaşımın cənazəsi Bakıya gətirilməyəcək”.
Asayis.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şəfiqə Məmmədova qardaşı Məmməd Məmmədovun dəfni ilə bağlı danışarkən deyib.
O bildirib ki, qardaşı Moskvada dəfn olunub: "Ailə olaraq belə qərar verildi”.
Qeyd edək ki, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskvada vəfat edib. O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.