Mobil telefon almaq üçün 8 aylıq körpəsini satan ailə Hindistanda sosial şəbəkələrdə viral olub.
Asayis.Az “Hindustan Times”a istinadla xəbər verir ki, Hindistanın Qərbi Benqal əyalətində bir ailə mobil telefon almaq üçün 8 aylıq körpəsini satıb.
Ailə 8 aylıq körpəni satdıqlarını etiraf edib. Polis ana və körpəni aparan qadını saxlayıb.
Daha sonra körpənin atası da saxlanılıb, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilir
Digər tərəfdən, ailənin 7 yaşlı qızını da satmağa çalışdığı iddia edilib.