Məşhur şirkət məhkəmə iddiasından imtina etdi

 Məşhur şirkət məhkəmə iddiasından imtina etdi

Bakı Kommersiya Məhkəməsində “Yük Taksisi.Az” MMC-nin (166 xidməti) "Nila Kimya Az" MMC-yə qarşı iddiasına baxılıb.

Asayis.Az məlumatına görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, iddiadan imtina edilib, icraata xitam verilib və bu, məhkəmə tərəfindən qəbul olunub.

Qeyd: “Yük Taksisi.Az” MMC (166 xidməti) "Nila Kimya Az" MMC-ni məhkəməyə verərək daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudur.

 

Pravda.az

11:27 - 28 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin