Dövlət qurumlarının əməkdaşları haker hücumuna məruz qalıb - SİYAHI

 Dövlət qurumlarının əməkdaşları haker hücumuna məruz qalıb - SİYAHI

Bu ilin ikinci rübündə bir sıra dövlət qurumlarının ümumilikdə 560 əməkdaşı və vətəndaş kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevriliblər.

Asayis.Az 
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hakerlərin ümumi qurbanlarının 34-ü dövlət qurumlarının əməkdaşları, 526-sı isə dövlət qurumlarının elektron xidmətlərindən istifadə edən vətəndaşlar olub.

“İkinci rübün nəticələrinin I rüb ilə müqayisəsindən görmək olar ki, kiberhücumların qurbanına çevrilmiş dövlət qulluqçularının sayında 3 dəfəyə qədər azalma müşahidə olunub. Belə ki, 1-ci rüb ərzində haker hücumlarının qurbanına çevrilmiş dövlət qulluqçularının sayı 101 idi”, deyə, məlumatda deyilir.

Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşların ümumi statistikası haqqında Xidmətdə məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikasını müəyyən etmək mümkün olub. Belə ki, ikinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı aşağıdakı şəkildə kimidir.

Qeyd edək ki, birinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı 6 472 olub.



17:36 - 27 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin