Şirvanda mişar daşları fəhlənin üzərinə düşüb.
Asayis.Az-ın xəbərinə görə, bu barədə Şirvan şəhər prokurorluğu məlumat yayıb.
“İyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman mişar daşlarının üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunub.
Pravda.az