Mişar daşları fəhlənin üzərinə düşdü

 Mişar daşları fəhlənin üzərinə düşdü

Şirvanda mişar daşları fəhlənin üzərinə düşüb.

Asayis.Az-ın xəbərinə görə, bu barədə Şirvan şəhər prokurorluğu məlumat yayıb.

“İyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman  mişar daşlarının üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunub.

 

Pravda.az

13:45 - 25 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin