Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Milli Hirometeorologiya Xidmətindən Asayis.Az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

11:57 - 25 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin