Bakıda bir ilin gəlini döyüldü

 Bakıda bir ilin gəlini döyüldü

Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Cəmiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin aprelin 20-də baş verib. 

Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Cəmilə ilə 2022-ci ilin yanvarında ailə həyatı qurub və birgə nikahlarından qız övladi olub: 

“Həyat yoldaşım ilə son vaxtlar mütamadi olaraq aramızda mübahisələr baş verdi. Hadisə günü yaşadığımız evdə olan zaman həyat yoldaşım ilə aramızda yenə mübahisə yarandı. Mübahisə zamanı Cəmilə ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əsəbləşərək əl zərbəsi ilə üzümə şillə ilə vurdu. Bu hadisədən sonra yenə arvadım ilə mübahisəmiz yarandı. Yenə əsəbləşərək əl zərbəsi ilə arvadımın baş nahiyyəsinə yumruq zərbələri vurdum”.
 
Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cəlil 1500  manat məbləğində cərimə cəzasına məhkum edilib.
 


Demokrat.az

15:29 - 24 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin