Prezident boğulan uşağı xilas edən polis serjantı təltif etdi - SƏRƏNCAM

 Prezident boğulan uşağı xilas edən polis serjantı təltif etdi - SƏRƏNCAM

Naxçıvanda göldə boğulan uşağı xilas edən polis serjantı “İgidliyə görə” medalı ilə təltif edilib.
Asayis.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra).

14:56 - 24 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin