Qarabağın suyu Bakıya gətiriləcək, su kəməri çəkiləcək - VİDEO

 Qarabağın suyu Bakıya gətiriləcək, su kəməri çəkiləcək - VİDEO
Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 3/2 hissəsi, yəni 20.0 km3 tranzit axımın payına düşür, 10.0 km3-i isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər, o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20-25 faizə qədərini təşkil edir.

Asayis.Az
 xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctima Şuranın üzvü Rövşən Abbasov "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, işğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından məhrum olub.

Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmayıblar.//Yeniavaz.com

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
 

 

11:11 - 23 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin