Naxçıvanda yararsız layihələndirilən məktəb binası sökülüb - FOTO

 Naxçıvanda yararsız layihələndirilən məktəb binası sökülüb - FOTO

Naxçıvan Muxtar Respublikasınının Babək rayonunda yerləşən Hacıvar kənd tam orta məktəbinin binası yeni inşa olunmasına baxmayaraq layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən sökülüb.

Asayis.az report-a istinadən xəbər verir ki, 252 yerlik binanın söküntü işləri artıq başa çatdırılıb.

Qərara uyğun olaraq, Hacıvar kənd tam orta məktəbinin binası yenidən inşa olunacaq.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında göstərilən təhsil sahəsindəki yeni layihələrin icrası ilə əlaqədar olaraq əvvəlki illərdə inşa olunan və standartlara uyğun olmayan təhsil müəssisələrinin yenisi ilə əvəz olunmasına başlanılıb.

17:44 - 21 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin