Azərbaycanda vəzifəli şəxs cərimələndi

 Azərbaycanda vəzifəli şəxs cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən "Qaraqaşlı Broyler" ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı məyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Asayis.az-a  bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub.

O, vəzifəli şəxs qismində cərimə olunub.

16:00 - 21 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin