"Çox təəsüf, ömür bəzən belə qısa olur…" - Natəvanın sonuncu paylaşımı

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış aparıcı Natəvan Babayeva uzun sürən onkoloji xəstəlikdən sonra vəfat edib.

 

Asayis.az xəbər verir ki, onun instaqram hesabında etdiyi sonuncu paylaşımı diqqət çəkib.

 

Həmin paylaşımı təqdim edirik:

 

"Çox status qoymazdı. Bu səbəbdən axşam onun statusu diqqətimi çəkdi. Təəcübləndim paylaşdığı şeirə. Səhər aldığım acı xəbərdən sonra bir də həmin status yadıma düşdü. Doğurdan, heç nə təsadüf olmur. Əminəm ki, bu xəbəri alanların, hamının qəlbi ağrıdı bu gün. İnsan əzizini, doğmasını itirəndə belə üzülər. Çox təəsüf, ömür bəzən belə qısa olur… Dini bu qədər sevdirən ikinci insan yəqin bir də olmayacaq… Yeriniz cənnət olsun!".

 

Qeyd: N.Babayeva sözügedən paylaşımı tanınmış din xadimi Hacı Şahin Həsənli vəfat edəndə paylaşıb.

09:28 - 21 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin