Ərinin ölümünü sifariş verən qadın və “killer” dəstəsindən XƏBƏR VAR

 Ərinin ölümünü sifariş verən qadın və “killer” dəstəsindən XƏBƏR VAR

Bakının Sabunçu rayonunda qətl hadisəsində təqsirli bilinən Əzizə Seyidova, Bəxtiyar Fərzəliyev, Mehdi Məmmədov və Elvin Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. 

Asayis.Az-ın xəbərinə görə, məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin edilib. 

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, qətl hadisəsi bu ilin martın 15-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 

1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı evin qarşısında öldürülüb. 

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin törətdikləri məlum olub. 

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib. 

Demokrat.az

17:26 - 20 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin