“İnvest Construction” MMC adlı tikinti şirkəti Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən köhnə binanı sökür.
Asayis.Az xəbər verir ki, sözügedən binada yaşayan 40-a yaxın ailə tikinti şirkətinin şərtləri ilə razılaşmadığı üçün evlərini tərk etmir.
Şirkət isə insanlara məhəl qoymur və ailələr yaşadıqları halda binanı sökməyə başlayıb.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən deyilir ki, “İnvest Construction” MMC-yə tikinti aparmaq üçün müsbət rəy verilməyib.
Belə olan halda “İnvest Construction” MMC insanların yaşadıqları binaları hansı əsasla başlarına uçurmağa çalışır?
Məsələ ilə bağlı “İnvest Construction” MMC-dən telefon zənglərimizə cavab verilməyib.
Demokrat.az