Toydan çıxan gənc tanımadığı şəxsə xəsarət yetirdi - TƏFƏRRÜAT

 Toydan çıxan gənc tanımadığı şəxsə xəsarət yetirdi - TƏFƏRRÜAT

Mingəşevir şəhərində 1994-cü il təvəllüdlü Hüseyn Xəqaniyə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayında keçirilən kiçik toy məclisində baş verib. 

Hüseyn məclisdə iştirak edərək spirtli içki qəbul etdikdən sonra şadlıq sarayından bayıra çıxıb və şadlıq sarayının yaxınlığında 
Xəqaninin sifət və bədəninin müxtəlif nahiyərlərindən vurub. 

Həmçinin, o, Xəqanini qulağını dişləyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Hüseynin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisə baş verən günü həmkəndlisinin oğlunun “Ağsaray” şadlıq sarayında keçirilən toy məclisində iştirak edib: “Toy məclisində həmkəndlilərim ilə birlikdə təxminən 0,6 litr həcmdə spirtli içki araq qəbul etdim. Spirtli içkinin təsirindən sərxoş vəziyyətdə oldum. 

Sonra sərxoş vəziyyətdə şadlıq sarayının həyətinə çıxaraq sarayın sağ tərəfində yaşayış evinin qarşısında sərxoş olduğum üçün yadımda qalmayan 3-4 nəfər həmkəndlilərim ilə söhbət etdik. Bu zaman sonradan adını bildiyim Xəqani yaşadığı ünvandan bayıra çıxdi və ünvanıma nalayiq sözlər işlətdi, kənarda söhbət etməyimizi bildirdi. Xəqaninin bu sözlərindən sonra əsəbləşərək onun üzərinə getdim. Əlim ilə Xəqaninin bədəninin və başının müxtəlif nahiyyələrindən vuraraq döydüm. Mənim Xəqani ilə dalaşdığımı görən həmkəndlilərim də həmin yerə yaxınlaşaraq bizi aralaşdırmağa çalışdılar. Həmin zaman Xəqaninin yaşadığı evin həyətindən 2 nəfər oğlanda bayıra çıxaraq üzərimə gəldilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra oradan aralaşıb və yaşadığı Yevlax rayonu Tanrıqulular kəndinə gedib: 

“Sonradan mənə məlum oldu ki, Xəqani döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Mingəçevir şəhər polis şöbəsinə müraciət edib”. 

Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olduğunu,  zərərçəkmiş şəxslə barışdığını bildirib. 

O, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, qardaşının ikinci Qarabağ müharibəsində şəhid olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edib.

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Hüseyn aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Demokrat.az

15:45 - 19 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin