“Ötən gün marketdən gözüm tutan konfetdən 1 kq aldım. “La Monde” yazısından, tərtibatından düşündüm ki, yəqin Makronun ölkəsindən gəlib… Qiyməti də ucuz deyil. Kiloqramı 30 manata. Açdım birini, dad o dad deyil. Elə bil ağzında alma çərdəyi, ərik çərdəyi kimi bir dad var. Uşaq da dişləyib atdı bir kənara. Konfetin kağızını ələk-vələk edirəm görək hara istehsalıdır? Bir də baxıram ki, üstündəki zərif şəffaf kağızda Veysəloğlu yazılıb. Necə əsəbimdən partlayıram bayaqdan… Alıcını aldatmaq deyilmi bu?”
Asayis.Az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Ləman Ələşrəfqızı bildirib.
“Üstündə azərbaycan dilində bir kəlmə də yox. Üstəgəl qiymət. Bu məhsulun maya dəyəri niyə 30 manat olsun ki? Niyə haramçılıq edirsiz? Niyə cibimizə girirsiz?” – deyə, jurnalist qeyd edib.