Ananın 15 günlük körpəsini zibilliyə atma anı - VİDEO

 Ananın 15 günlük körpəsini zibilliyə atma anı - VİDEO

Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.

Asayis.Az Baku TV-yə istinadən görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

Uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Körpənin kənd sakinləri tərəfindən tapılma anı

 


13:10 - 18 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin