BDU-nun təmir edilən korpusunun görüntüləri tənqid edildi - FOTO

 BDU-nun təmir edilən korpusunun görüntüləri tənqid edildi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) aprel ayından təmirə bağlanan 2 saylı korpusunun görüntüləri müzakirəyə səbəb olub.

Asayis.Az xəbər verir ki, bununla bağlı fotoları yutuber Bahadur Seyidov sosial şəbəkədə paylaşıb.

“Axı hörgü belə səliqəsiz olmamamalıdır, yoxsa ara hörgülərin necə tikilməsinin bir mənası yoxdur? Bu bina nə məqsədlə tikilir və bu cür hörgü məqbuldurmu?”, - o qeyd edib.

BDU-nun tədris binasının pərakəndə, normalara uyğun olmayan qaydada, səliqəsiz tikilişi sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi tənqid edilib. Bildirilib ki, belə hörgü orada təhsil alan tələbələrin təhlükəsizliyi üçün etibarlı deyil.

Görüntülərdən də aydın olur ki, sökülən binanın üzlüyüdür, köhnə tikili eyni qaydada saxlanılıb, sadəcə üzlüyü dəyişdirilir.

Bununla bağlı yazılan şərhlərin bəzilərini təqdim edirik: “Sovet dövründə tikilib. Üzlük sökülüb deyə belə səliqəsiz görünür. Hörgü bir neçə qatdır, səhv etmirəmsə. Heç nə olmaz. Hələ bir 50 il də istifadə edə bilərik...”, “Hörgüdən çox söküntüyə oxşayır”, “Belə tikinti biabırçılıqdır, korrupsiyadır, məsuliyyətsizlikdir...”, “Qoşa daşla tikilən divarın kvadrat-metri 7 manatdır. Bunlar fəhləyə günə 25 manat verirlər ki, üzlük daşın altında qalan görünməyən şeydir. Amma divarda əlaqələr olmasa, nəinki zəlzələ, möhkəm külək belə o daşları yerə salacaq”, “Mayakı qoy, suvağı at”, “Bu, yəqin, təlim maşını kimi bir şeydir, ustalar ilk işlərini gəlib burda öyrənirlər”, “Binanın üzündəki aqlayı söküblər, biabırçılıq üzə çıxıb...”, “Heç qədim Misirdə bu cür tikmirdilər”, “O vaxt necə gəldi tikiblər”, “Elə bildim, qəzalı vəziyyətdə olan binadır, sökürlər”, “Gözmuncuğu məqsədi ilə tikilir”, “Allah bilir, Elza Seyidcahan tikir bunu”, “İçi təzək çölü bəzək olacaq”, “Ucuz, standart olmayan (kolbasa) daşla necəgəldi tikilib...”

Fotoları təqdim edirik

 

Pravda.az

12:07 - 18 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin