Şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb.
Asayis.Az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən 6 ay ərzində TƏBİB-in gördüyü işlərdən danışarkən deyib.
O bildirib ki, hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır və Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar:
" 2023-cü ilin 6 ay ərzində 4839 yeni xəstə qeydiyyata alınıb", - deyə o söyləyib.
Ölkə.az