Xəbər verdiyimiz kimi dünən metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda sərnişin dünyasını dəyişib.
Asayis.Az qəfil vəfat edən həmin şəxsin – Bakı Metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı, 1959-cu il təvəllüdlü Kamil Zeynalovun fotosunu təqdim edir.
Qeyd edək ki, hadisə vaxtı dərhal təcili tibbi yardıma müraciət edilsə də, K.Zeynalov həyatını itirib (qafqazinfo).