Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub

 Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına beş yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 983 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 22 aktiv xəstə var. Bu günə qədər 10 288 nəfər vəfat edib.

17:45 - 16 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin