Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə Nihad Rəsul oğlu Məhəmmədzadə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Asayis.az apa-ya istinadən xəbər verir ki, Nihad Məhəmmədzadə bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Təşkilat-analitik və preventiv tədbirlər idarəsinin rəis müavini vəzifəsində işləyib.