Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Yeni Klinikaya direktor təyin edilib.
TƏBİB-dən Asayis.Az-a verilən xəbərə görə, xəstəxananın direktoru vəzifəsi Barat Yusubova həvalə olunub.
Barat Yusubov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005-2009-cu illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib.
2009-2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012-2015-ci illərdə “Medistyle Hospital”ın baş həkimi kimi çalışıb.